ABŞ senatorları Rümeysu Öztürkün və Mahmud Xəlilin azadlığa buraxılmasını tələb etdilər

Senatorlar türkiyəli aspirant Rümeysa Öztürk və fələstinli məzun Mahmud Xəlilin saxlanmasını Konstitusiyanın pozulması adlandırıb və Tramp administrasiyasını siyasi repressiyalarda ittiham ediblər. ABŞ Konqresinin Demokratlar Partiyasından ibarət nümayəndə heyəti çərşənbə axşamı ICE {immiqrasiya polisi} təcridxanasında Rümeysu Öztürk və Mahmud Xəlilə baş çəkib. Qanunvericilər onların həbsini “milli biabırçılıq” adlandırıb və tələbələrin dərhal azadlığa buraxılmasına çağırıblar. Öztürk Türkiyə vətəndaşıdır və Tufts Universitetinin aspirantıdır, Xəlil isə yaşıl kart sahibidir və Kolumbiya Universitetinin yeni məzunudur. Onların hər ikisi mart ayında Donald Tramp administrasiyasının Fələstin tərəfdarı fəallara qarşı kampaniyasının gücləndirilməsi çərçivəsində saxlanılıb. Və hər hansı bir ittiham irəli sürülməyib. Səfər Xəlilin saxlandığı Luiziana ştatının Jena şəhərindəki immiqrasiya polisi təcridxanasından başlayıb, daha sonra heyət Öztürkü görmək üçün Basil şəhərinə gedib. Qrupda senator Ed Marki və konqresmenlər Cim MakQovern, Ayanna Pressli, Troy Karter və Benni Tompson olub. Mətbuat konfransında senator Marki bildirib ki, tələbələrin həbsdə saxlanması onların söz azadlığı hüquqlarını (Birinci Düzəliş) və qanuni proses hüquqlarını (Beşinci Düzəliş) pozur. "Tramp administrasiyası düşünür ki, ölkənin hər hansı bir yerindən insanları gətirib bu cür obyektlərə yerləşdirə bilər. "Bu, milli biabırçılıqdır". Öztürk tələbə qəzetində Tufts Universitetini İsraillə əlaqəli investisiyalardan əl çəkməyə çağıran ortaq məqalə dərc etdikdən sonra həbs edilib. Məqalə Canary Mission saytında əks reaksiyaya səbəb oldu. "O, qaçırıldı" deyə Presslı bildirib və əlavə edib ki,oruc olan qız İftara gedirdi, ac idi, iftar etmək istəyirdi. Ona yemək və su belə verilmədi. Və onu kobudcasına tutublar”. Xəlil isə Kolumbiya Universitetində keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilib. Ona qarşı heç bir ittiham irəli sürülməməsinə baxmayaraq, bu yaxınlarda uşağının doğulması üçün onun müvəqqəti buraxılmasına icazə verilmədi. "Bu, qanunun icrası deyil, bu, avtoritarizmə aparan yoldur. "Mən ciddi şəkildə qorxuram ki, bu administrasiya bizi Makkartizmin yeni erasına aparsın"-deyə MakQovern bildirib. Marki deyib ki, tələbələr xüsusi olaraq Luiziana ştatına köçürülüblər ki, onların işlərinə immiqrantlara qarşı düşmənçiliyi ilə tanınan Beşinci Dairə Apellyasiya Məhkəməsi baxa bilsin. "Onları Somervildən 1500 mil uzaqda aparıblar. Niyə? Çünki bu məhkəmə ABŞ-da ən mühafizəkar məhkəmədir ", - deyə senator qeyd edib. Öztürkün isə astma xəstəliyindən əziyyət çəkdiyi və həbsxanada olarkən dəfələrlə hücumlara məruz qaldığı bildirilir. Marki Öztürkün adekvat tibbi yardım almadığını deyib. Pressi isə əlavə edib ki, Əsəd rejimindən qaçan Xəlil siyasi təqibin nə olduğunu başa düşür: “O, avtoritar rejimin nə olduğunu bilir”. Tramp administrasiyası bu hərəkətlərini ABŞ-ın xarici siyasətinə təhlükə yaranarsa deportasiyaya icazə verən nadir hallarda tətbiq olunan qanuna istinad etməklə əsaslandırıb. Tələbələrin müdafiəçiləri onların həbsinə məhkəmədə etiraz edirlər. Öztürkün müdafiəsi isə israr edir ki, onun nəşrləri Konstitusiya ilə qorunur. Aprelin əvvəlində məhkəmə Xəlilin ABŞ-da daimi sakinlik statusuna baxmayaraq, deportasiyaya məruz qalması barədə qərar çıxarmışdı. Tramp isə öz növbəsində ittihamların olmamasına baxmayaraq, onu dəstə üzvü hesab etdiyini bildirib.
Surxay Əliyev