İsrail Papa Fransisin ölüsündən belə qisas aldı

Papa Fransiskin vəfatından sonra İsrail Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə - Instagram, Facebook və X-də "Rahat yat, Papa Fransisk”. Ruhu şad olsun" mesajları yerləşdirdi. “The Jerusalem Post” (JP) çərşənbə axşamı, aprelin 22-də yazır ki, lakin bu yazılar tezliklə silinib. İsrailin Vatikandakı keçmiş səfiri Rəfael Şutç “The Jerusalem Post”-a deyib: "Məncə, bu qərar səhvdir. Kiminsə ölümündən sonra onunla belə hesablaşmaq olmaz".
Papa Fransiskin Qəzza ilə bağlı mövqeyi
Nəşr hesab edir ki,bu yazıların silinməsi Papanın İsrailin Qəzza zolağında Fələstinin radikal islamçı HƏMAS hərəkatına qarşı müharibəsi ilə bağlı bəyanatları ilə bağlıdır.Belə ki,Papa Frensis hesab edirdi ki, Qəzzada baş verənlər “müharibə deyil, qəddarlıqdır”. O, İsraili "uşaqları bombardman etməkdə və pulemyotlarla biçməkdə" ittiham edirdi. Papa hətta “Qəzzada baş verənləri soyqırım kimi xarakterizə edirdi”.
"Məncə, susmaq düzgün mesaj deyil."
Rafael Şutz əmin olduğunu bildirib ki, İsrail Roma Papasının bu bəyanatlarına o zaman, sağlığında diplomatik şəkildə cavab verməli idi. "Amma indi söhbət təkcə dövlət başçısından (Vatikan - red.) deyil, həm də bir milyarddan çox insanın - bəşəriyyətin demək olar ki, 20%-nin mənəvi liderindən gedir. Düşünmürəm ki,bu düzgün siqnaldır", - deyə keçmiş diplomat əlavə edib.
Surxay Əliyev