Oman sultanı və Putin İsrail qoşunlarının Qəzzadan çıxmasını tələb etdi

Kremldə görüş keçirən Rusiya prezidenti Vladimir Putin və Oman sultanı Heysəm bin Tarek Əl Səid Qəzzada yaranmış vəziyyətdən narahat olduqlarını bildiriblər.Və dərhal İsrail qoşunlarının Fələstin ərazilərindən tamamilə çıxarılmasını istəyiblər. "Hər iki lider Qəzza zolağındakı faciəvi vəziyyətdən dərin narahatlıq ifadə edib və dərhal və davamlı atəşkəsə nail olmaq, mülki əhaliyə humanitar yardımın dərhal çatdırılmasını təmin etmək, məcburi köçkünlərin geri qaytarılması prosesinə başlamaq üçün beynəlxalq səyləri dəstəklədiklərini bir daha təsdiqləyiblər. Onlar İsrail Silahlı qüvvələrinin Qəzza zolağından və işğal edilmiş bütün Fələstin ərazilərindən tam çıxarılmasının zəruriliyini qeyd ediblər.
Surxay Əliyev