Marko Rubio Zelenskinin bu sözlərindən sonra London səfərini ləğv edib...

“New York Times” qəzeti Ukrayna məsələsi barədə maraqlı iddia ilə çıxış edib. Nəşrin yazdığına görə, ABŞ Dövlət katibi Marko Rubio Vladimir Zelenskinin Krımla bağlı bəyanatından sonra Ukraynada sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib. Qəzet yazır ki, aprelin 23-də Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır. Nəşr yazır ki, Zelenski aprelin 22-də jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.
Mətləb Salahov