Ermənistan həbsxanalarında intiharlar artır

Ermənistandakı həbsxanalarda acınacaqlı və dözülməz şərait barədə daha bir məlumat yayılıb. Bu barədə ölkənin Kriminal İcra Xidməti məlumat yayıb. Qurumun məlumatında deyilir ki, aprelin 20-də İrəvanın “Nubaraşen” həbsxanasında 54 yaşlı məhbus Z.Q. intihar edib. Bu, 2025-ci ilin əvvəlindən Ermənistan həbsxanalarında ölümlə nəticələnən 10-cu hadisə və beşinci intihardır. Hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, ölkənin penitensiar sistemində vəziyyət xeyli pisləşib.
2024-cü ildə Ermənistan həbsxanalarında 12 ölüm halı qeydə alınıb. Bundan əlavə, 298 məhbus aclıq aksiyası keçirib, 200 məhbus isə özlərini şikəst edib. Hüquq müdafiəçilərinin fikrincə, bu məlumatlar dövlətin belə hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görmək iqtidarında olmadığını göstərir. Aleksanyan onu da bidirib ki, hüquq-mühafizə orqanları sistem problemlərini həll etmədən baş verənləri daha əlverişli prizmadan təqdim etməyə çalışırlar.
Mətləb Salahov