ABŞ Krımı Rusiya ərazisi kimi tanıyacaq? - Tramp qərarını yaxın günlərdə açıqlayacaq...

Ukraynanın Krım yarımadasını Rusiyanın ərazisi kimi tanımasına çağırışla bağlı sualı cavablandıran ABŞ Prezidenti Donald Tramp bu məsələ barədə üç gün ərzində daha ətraflı danışacağını bildirib.
Bu barədə “New York Post” nəşri məlumat yayıb.
Bir müddət öncə məlum olub ki, sülh planının bir hissəsi olaraq Vaşinqton Ukraynaya Krımı Rusiya ərazisi kimi tanımağı təklif edib. ABŞ Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşının sözlərinə görə, sadalanan tələblər müzakirə üçün “potensial variantlar siyahısının” bir hissəsidir.
Qeyd edək ki, martın 17-də “Semafor” nəşri mənbələrinə istinadla Ağ evin Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirdiyini yazmışdı.
ZÜMRÜD