İranın BMT-dəki daimi nümayəndəsi ABŞ və İsraili sərt şəkildə tənqid etdi

İsrail KİV xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir İrəvani BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ və İsrail nümayəndələrinin 2025-ci il aprelin 10-da Təhlükəsizlik Şurasının Suriya məsələsi ilə bağlı fövqəladə iclasında səsləndirdikləri ittihamları qətiyyətlə rədd edib. İrəvani qeyd edib ki, İran “heç vaxt Suriyada sabitliyi pozmaq siyasəti yürütməyib” və “Həmişə bu ölkənin ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləyib”. İrəvaninin məktubunun tam mətnini “İrna” xəbər agentliyi təqdim edib. “Görüş zamanı həm ABŞ nümayəndəsi, həm də işğalçı İsrail rejiminin nümayəndəsi növbəti dəfə yalan və əsassız ittihamlar səsləndirərək, İranı Suriyada sabitliyi pozmaqda ittiham ediblər”, - deyə İrəvani gileylənib. Irəvaniyə görə,əksinə, məhz ABŞ uzun illərdir ki,saxta terrorla mübarizəni bəhanə edərək Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozub. Terrorçu qruplara dəstək verib. O cümlədən İsrail rejimi tərəfindən həyata keçirilən işğala dəstək verməklə, bu ölkədə sabitliyi pozub”. Daha sonra İravani, bir daha İsraili “Birləşmiş Ştatların tam dəstəyi ilə həyata keçirilən Suriyanın Qolan Təpələrinin işğalını davam etdirdiyinə” görə qınayıb və Təhlükəsizlik Şurasını “BMT Nizamnaməsindəki öhdəliklərini qorumağa və İsrailin bu hərəkətlərini dayandırmaq üçün təcili və qəti addımlar atmağa” çağırdı. Bunun ardınca İrəvani İsrailin 20 fevral 2025-ci il tarixli BMT baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə (S/2025/107) ünvanladığı məktubuna cavab vermək qərarına gəlib. Məktubda İranın Hizbullaha silah və material ötürdüyü qeyd edilir. İranlı diplomat yazır: “İran İslam Respublikası bu əsassız ittihamı bir daha qəti şəkildə rədd edir, bu, İsrailin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini daim pozmasına və Livanla atəşkəs razılaşmalarına açıq-aşkar məhəl qoymamasına haqq qazandırmaq üçün bəhanədən başqa bir şey deyil”.
İsrail KİV xatırladır ki, aprel ayının əvvəlində İsrail Hərbi Qüvvələrinin mətbuat xidməti 210-cu diviziyanın komandanlığı altında paraşütçü briqadasının döyüş qrupunun İsrailə qarşı təhlükələri aradan qaldırmaq üçün Suriyada fəaliyyətini davam etdirdiyini təsdiqləyib. Xüsusilə, aprelin 4-də İsrail desantları keçmiş Suriya rejiminin bölmələrindən birinin qərargahının yerləşdiyi Suriya hərbi bazasına reyd keçirib. Orada istismardan çıxarılan tanklar, zirehli transportyorlar və silahlar olub. Suriyada fəaliyyət göstərən terrorçu qrupların ağır hərbi texnikanı ələ keçirməməsi üçün bütün hərbi texnikalar və silah-sürsat məhv edilib.
Surxay Əliyev