Müxalifət “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti təklif edir

Qondarma “Erməni soyqırımı”nın 110-cu ildönümü ərəfəsində müxalif “Ermənistan” blokunun parlament fraksiyası qanunvericilik təşəbbüsü ilə çıxış edib. Belə ki, aprelin 22-də parlament iclasında adıçəkilən parlament fraksiyasının katibi, Daşnaksütyun Partiyasının üzvü Artsvik Minasyan deyib ki, qanun layihəsində “erməni soyqırımı” faktının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutulur. "Bir tərəfdən bu, milli yaddaş, ləyaqət və kimlik məsələsidir. Digər tərəfdən isə bu, Ermənistanın və erməni xalqının düşmənlərinin çağırışıdır. "Hər kəs öz seçimini etməlidir”, - deyə daşnak deputat bildirib. O, bu təşəbbüsün ilk növbədə ölkə adından qərarlar qəbul edən parlament çoxluğuna ünvanlandığını vurğulayıb. Minasyan ümid etdiyini bildirib ki, müzakirələr zamanı hakim partiya Mülki Müqavilədə də milli ləyaqətə hörmət göstəriləcək.
Surxay Əliyev