Suriyada İslami Cihad liderləri həbs edildi

Çərşənbə axşamı, aprelin 22-də səhər saatlarında Fələstin mənbələri Suriyanın yeni hakimiyyət orqanlarının Fələstinin İslami Cihad qruplaşmasının iki yüksək rütbəli məmurunu saxladığını bildirib. Bu, ilk belə həbsdir. Nəşrlərin yazdığına görə, Xalid Xalid və Əbu Əli Yaser qrupun Suriyadakı icraiyyə komitəsinin üzvləri olublar və qrupun Suriya ərazisindəki fəaliyyətinə cavabdeh olublar. Suriya rəsmiləri bu xəbərə münasibət bildirməyib.
Surxay Əliyev.