İranda növbəti edam gerçəkləşib

İranda 8 sərhədçinin qətlində təqsirli bilinən Həmid Hüseynnejat Heydaranlu barəsində çıxarılan edam hökmü icra olunub. Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. Məlumata görə, o, 2024-cü ilin iyulunda PKK terror qruplaşmasının üzvü olduğu üçün həbs edilib. 40 yaşlı Həmid Hüsenynejat Heydaranlu dövlətə xəyanət maddəsi ilə mühakimə olunaraq barəsində ölüm hökmü çıxarılıb.
Məlumatda deyilir ki, onun ailə üzvləri, beynəlxalq hüquq müdafiəçiləri ölüm hökmünün ləğvi ilə bağlı cəhd göstəriblər.
Mətləb