İmamoğlu Almaniyaya çağırış etdi: Türkiyə Ərdoğan deyil, qərarınızı geri çəkin

Həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan CHP-nin prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu sosial media hesabından Almaniya hökumətinə müraciət edib:- "Türkiyə təkcə Ərdoğanla bağlı deyil, Türkiyə Ərdoğandan böyükdür. Hökumətlər gəldi-gedərdir. Və Türkiyənin milli maraqları İmamoğludan da,Ərdoğandan da daha dəyərlidir.Ona görə də bu qərarınızı geri çəkməyinizi xahiş edirəm”
Əkrəm İmamoğlu sosial media hesabında Almaniya hökumətinə müraciət edən paylaşım edib. İmamoğlu paylaşımında deyilir: “Mətbuatdan öyrəndiyimə görə, mən həbs olunduqdan sonra Almaniya hökuməti hava qüvvələrimizin çox ehtiyac duyduğu və uzun müddətdir ki,gözlədiyimiz “Eurofighter” qırıcılarının Türkiyəyə satışına veto qoyub. Almaniyada iqtidara gələn yeni hökumətə müraciət etmək istərdim: Türkiyə təkcə Ərdoğanla bağlı deyil, Türkiyə Ərdoğandan böyükdür. Hökumətlər gəlir və gedir. Türkiyənin milli maraqları Ərdoğandan da, İmamoğludan da daha dəyərlidir. Ona görə də sizi bu qərardan geri çəkilməyə çağırıram”.
Surxay Əliyev