Mixail Xaçaturyanın ailə çirkinlikləri: ”Qızlarına qarşı seksual zorakılıqlar törədən “ata”

Moskvanın Butırski Rayon Məhkəməsi yeddi il əvvəl öldürülən Mixail Xaçaturyanı üç doğma qızına qarşı işgəncə verməkdə və onlara qarşı zorakı yolla seksual hərəkətlər etməkdə təqsirli bilib. Xaçaturyanın bacılarının vəkilləri artıq bildiriblər ki, istintaq indi qızlara qarşı ittiham olunan maddəni zəruri özünümüdafiə ilə bağlı qətl kimi tövsif etməyə əsas verir. Hüquqşünaslar deyir ki,bu baş verərsə, atalarını öldürən bacılar üçün maksimum cəza iki ilə qədər həbs ola bilər, halbuki indi onları 20 ilə qədər həbs gözləyir, Lakin Mixail Xaçaturyanın yaxınları artıq məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər. Səs-küylü cinayət işinin təfərrüatları “İzvestiya”nın məqaləsində yer alıb.
Bəs Mixail Xaçaturyan niyə ölümündən sonra məhkum edildi? Aprelin 21-də Moskvanın Butırski Rayon Məhkəməsi Mixail Xaçaturyana qarşı hökm çıxarıb. 2018-ci ildə o, öz qızları tərəfindən öldürülüb, lakin məhkəmədə bu cinayət yox, kişinin özünün qətlinə səbəb ola biləcək hərəkətləri araşdırılıb.Və məhkəmə Xaçaturyanı üç qızına ağır bədən xəsarəti yetirməkdə və onlara qarşı cinsi zorakılıq etməkdə təqsirli bilib. 2018-ci ilin iyulunda 57 yaşlı Mixail Xaçaturyanın meyiti Moskvada Altufevskoe şossesində binanın girişində çoxsaylı bıçaq xəsarəti ilə tapılmışdı. Daha sonra mərhumun qızları qətldə şübhəli bilinərək saxlanıldı: Dindirilmə zamanı 19 yaşlı Krestina, 18 yaşlı Ancelina və 17 yaşlı Mariya dərhal günahlarını etiraf ediblər.
2019-cu ilin iyun ayında bacılar bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsd nəticəsində qətl törətməkdə ittiham olundular. Eyni zamanda, prokurorluğun sənədlərində qızları bu hərəkətlərə ataları tərəfindən təhrik edildiyi göstərilib.
Surxay Əliyev