Putin Sumda aralarında uşaq da olan 35 nəfərin ölümünü “ləyaqətli qisas” adlandırdı

Vladimir Putin Kiyevin mülki infrastrukturlara zərbələrin dayandırılması təklifini öyrənəcəyini və Rusiya ilə Ukrayna arasında birbaşa danışıqları istisna etmədiyini bildirib. O,aprelin 21-də jurnalistlərə deyib: "Bunu həll etmək lazımdır, bütün bunlar hərtərəfli, bəlkə də ikitərəfli araşdırma üçün mövzudur". Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kremlə “ 30 gün müddətində mülki infrastrukturlara uzun mənzilli pilotsuz uçuş aparatları və raketlərin zərbələrindən” çəkinməyi təklif etmişdi. Putin Sumda mülki hədəfin vurulduğunu etiraf edib Eyni zamanda, Rusiya lideri Kiyevin guya mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə etdiyini bildirib və aprelin 13-də Rusiya Silahlı Qüvvələrinin Sum vilayətinə endirdiyi zərbəni xatırladıb. Rusiya prezidenti aralarında uşaqların da olduğu 35 nəfərin ölümünə səbəb olan raket zərbəsini “ləyaqətli qisas” adlandırıb. “Bu, məhz onları cəzalandırmaq üçün edilib”,-deyə o vurğulayıb.
Surxay Əliyev