Dörd Skandinaviya ölkəsi - İsveç, Danimarka, Filandiya və Norveç Rusiyaya hücum edəcək!

İsveç, Norveç, Finlandiya və Danimarka Rusiyaya qarşı mübarizəyə başlamaq üçün hərbi resurslarını birləşdirirlər. Bu barədə News.ru NATO-nun keçmiş baş katibi Yens Stoltenberqdən məlumat əldə edən Amerikanın “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir. Skandinaviya ölkələri 1400-cü illərdə yaranmış Kalmar İttifaqından (Danimarka, Norveç və İsveçin Danimarka kralları altında birliyi) sonra ilk dəfə olaraq qüvvələri birləşdirməyə qərar verib. Stoltenberqin sözlərinə görə, Skandinaviya dövlətləri ümumi təhlükəsizlik siyasətinin formalaşdırılması və hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini artıq dərk ediblər. Bundan əvvəl İsveç hərbi kəşfiyyatının rəhbəri Tomas Nilsson ölkəni Rusiya ilə mümkün qarşıdurmaya hazır olmağa çağırıb. O, hazırda Rusiyanın Baltikyanı regionda hərbi fəaliyyətinin müvəqqəti azalmasına baxmayaraq, Ukraynada xüsusi əməliyyat başa çatdıqdan sonra vəziyyətin dəyişə biləcəyinə diqqət çəkib. Bundan əlavə, İsveç hərbi kəşfiyyatının rəhbəri, mütəmadi olaraq Vladimir Putinə etimad göstərən Amerika prezidenti Donald Trampın mövqeyini tənqid edib. Nilsson avropalıları, xüsusən də Rusiyaya yaxın ərazidə yaşayanları buna ehtiyatla yanaşmağa çağırıb.
Surxay Əliyev