WSJ: ABŞ indi də Zaporojjye AES-i və ətrafındakı əraziləri istəyir

Amerika Birləşmiş Ştatları münaqişənin həlli üçün Vaşinqtonun nəzarəti altında olacaq Zaporojjye AES-in ətrafındakı ərazilər üçün neytral statusun yaradılmasını şərt hesab edir. Bu barədə mənbələrə istinadən Wall Street Journal (WSJ) məlumat yayıb. Nəşr təklif olunan zonanın konkret sərhədlərini, nəzarətin formatını, stansiyanı kimin idarə edəcəyini açıqlamır. Mənbələr bildiriblər ki, bu ideya gərginliyin azaldılması üçün kompromislərin tapılması kontekstində müzakirə edilir, lakin texniki və siyasi detallar hələ də qeyri-müəyyən olaraq qalır. Nəşr qeyd edir ki, “Vaşinqton bu addımı gərginliyi azaltmaq üçün bir fürsət hesab edir, lakin təklifin əsas aspektləri hələ işlənib hazırlanmayıb”.
Aprelin 17-də Ukraynanın energetika naziri Herman Qaluşenko bildirib ki, Kiyev ABŞ-la birlikdə Zaporijjye AES-ə nəzarət etməyə hazırdır, çünki Rusiya qurğuya nəzarəti əlində saxlasa, bu, nüvə enerjisinə inamı məhv edəcək və “yeni fəlakəti yaxınlaşdıracaq”.
Surxay Əliyev