11 mindən çox dövlət qulluqçusu məxfi fayllara giriş əldə edib- ABŞ ŞOKDA!

ABŞ-nin federal mülkiyyət və idarələrin kadr təminatı məsələlərinə nəzarət edən Ümumi Xidmətlər İdarəsinin (GSA) əməkdaşları ehtiyatsızlıqdan 11,2 mindən çox dövlət qulluqçusuna məxfi sənədlərə giriş imkanı veriblər. Bu barədə “The Washington Post” (WP) qəzeti daxili sənədlərə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, idarə əməkdaşları tərəfindən məlumatların qanunsuz ötürülməsi həm keçmiş ABŞ Prezidenti Cozef Baydenin administrasiyası dövründə, həm də indi, Ağ Evin rəhbəri vəzifəsini Donald Trampın tutduğu dövrdə həyata keçirilib.
İlk belə hadisələr 2021-ci ilin əvvəlində qeydə alınıb, sonuncu hadisə isə keçən həftə baş verib. Məlumat sızıntısı ilə əlaqədar araşdırma başladılıb.
Mətləb Salahov