Trampın xüsusi nümayəndəsi yenə Rusiya yolçusudur...

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Londonda Ukrayna hökumətinin nümayəndələrinin də iştirak edəcəyi danışıqlardan sonra yenidən Rusiyaya gedə bilər. Bu barədə “Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, Londonda keçiriləcək görüşdə Uitkoffdan başqa ABŞ tərəfini dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Kit Kelloqun da təmsil edəcəyi gözlənilir. Məsləhətləşmələrdən sonra Vaşinqton, Avropa və Kiyevin mövqeləri üst-üstə düşərsə, Stiven Rusiyaya yenidən səfər edə bilər. London görüşündə ABŞ-nin təklifləri müzakirə və əks əlaqə üçün potensial variantların siyahısı kimi təqdim olunacaq.
Mətləb Salahov