İsrail ordusu yeni növ cinayətə əl atdı- fələstinli uşaqlar oğurlanır ....

İsrail ordusu davamlı olaraq Qəzzanı bombalayaraq “düzləyir”.Israilli mühacirlər isə köməksiz vəziyyətdə olmalarından istifadə edərək fələstinli uşaqları oğurlamaqla məşğul olurlar. Belə ki,”Middle East Eye”xəbər verir ki, İsrailli mühacirlər şənbə günü iki fələstinli uşağı qaçıraraq İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhəri yaxınlığında ağaca bağlayıblar.
Hadisə bir qrup uşaq Nablusun şərqindəki Beyt-Fürik şəhərinin kənarındakı evlərinin yaxınlığında oynayarkən baş verib. Bir qrup israilli mühacir onlara yaxınlaşaraq iki uşağı qaçırıb. Yerli sakinlər israilli məskunlaşanlara çataraq uşaqları xilas etsələr də qaçırılan uşaqlar baş verən hadisədən sonra ağır psixoloji durumdadırlar.
Surxay Əliyev