Donald Tramo Dövlət Departamentinə də "əl gəzdirəcək"

Donald Tramp administrasiyası Dövlət Departamentinin əsaslı şəkildə yenidən təşkilini və strukturlarının ixtisarını həyata keçirməyə hazırlaşır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. İqlim, qaçqınlar, demokratiya və Afrika ilə məşğul olanlar da daxil olmaqla onlarla vəzifə və departamentin fəaliyyətini dayandırması planlaşdırılır. ABŞ administrasiyası, həmçinin Kanadadakı diplomatik personalın sayını azaltmaq istəyir. Səlahiyyətlilər, eləcə də tropik Afrika ölkələrindəki qeyri-vacib səfirlikləri və konsulluqları bağlamağı planlaşdırır. Dəyişikliklərin oktyabrın 1-dən qüvvəyə minməsi gözlənilir.
Mətləb Salahov