İrana bağlı şiə qruplaşmasının rəhbəri: “Şaraa İraqa gəlsə həbs olunacaq”

İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi silahlı qruplaşma “Asaib Ahlil Haq”ın baş katibi Qais əl-Xəzali X sosial media platformasında Suriya keçid hökumətinin başçısı Əhməd Şaraanın İraqa mümkün səfəri ilə bağlı açıqlama verib: sitat-"İraq və Suriya arasında münasibətlər qarşılıqlı maraqlar əsasında inkişaf etməlidir. Bununla belə, Suriya rejiminin müvəqqəti prezidenti kimi təqdim edilən Əhməd Şaraanın İraqa gəlməsi hələ tezdir"-sitatın sonu. Həzalı açıqlamasında deyib: “Əgər qanun tətbiq edilərsə və Əhməd Şaraa təhlükəsizlik qüvvələri tərəfindən həbs olunarsa, bunun əks-sədası olacaq”.O,həmçinin vurğulayıb ki, "güclər bölgüsü prinsipinə əməl edilməli, hər kəs İraq məhkəmə sisteminin verdiyi qərarlara əməl və hörmət etməlidir". İraqın baş naziri Məhəmməd Şia əl-Sudani isə, çərşənbə günü, aprelin 16-da Süleymaniyyədə qatıldığı forumda bir jurnalistin sualına cavab olaraq deyib ki, "Əhməd Şəraanı rəsmi olaraq dəvət etmişik, gəlsə, qarşılanacaq və ərəb sammitində iştirak edəcək. Lakin Sudaninin açıqlaması bəzi şiə qruplarının reaksiyasına səbəb olub. Və onlar barəsində həbs qərarı çıxarılan Əhməd Şəraanın qanun çərçivəsində həbs edilməsini tələb edirlər.
Ərəb Əməkdaşlıq Sammitinin gələn ay Bağdadda mayın 17-də keçirilməsi planlaşdırılır. Əhməd Şəranın sammitdə iştirak edib-etməyəcəyi isə hələlik bəlli deyil.
Surxay Əliyev