Fox News “Pasxa”nın yayımı zamanı Kiyevi Rusiyaya “verdi”

Pasxa bayramının yayımı zamanı Amerikanın Fox News telekanalı Kiyevi Rusiya şəhəri adlandırdı. Belə ki,Telekanal Putin və Patriarx Kirilin iştirak etdiyi Moskvadakı Xilaskar Məsih Kilsəsində ibadət mərasiminin yayımı ilə paralel olaraq Kiyevdəki Müqəddəs Mixail Qızıl Günbəzli Monastırda Ukrayna Pravoslav Kilsəsini də yayımlayıb. Əsas video Moskvadan idi, onun yanındakı “pəncərə”də isə Kiyevdən “Rus” imzası olan kilsə ibadəti yayımlanırdı. Yayılan videoda əvvəlcə “Pasxa xidməti: Kiyev, Ukrayna” sözləri qeyd edildi. Lakin fasilədən sonra yayım bərpa edildikdən sonra yazı belə dəyişdi: “Pasxa bayramı: Kiyev, Rusiya”.Doğrudur “səhv” zamanla düzəldildi, lakin bu izləyicilərə skrinşot çəkməyə mane olmadı.
Surxay Əliyev