Keti Vali: “Bu gün ABŞ-da baş verənlər Hitler hakimiyyəti dövrünü xatırladır”

Şənbə günü, aprelin 19-da ABŞ-ın bir sıra böyük şəhərlərində ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar Ağ Ev rəhbərini avtoritar idarəetmədə və qanunsuz mühacirləri məhkəmə prosedurları olmadan deportasiya etməkdə ittiham ediblər. Yüzlərlə aksiya iştirakcısı Vaşinqtonda Ağ Ev qarşısında toplaşıb. Aksiyaçılar əllərində “Kral yoxdur” və “Trampa impiçment” süarları yazılmış plakatlar olub. Əlində keçən ay həbs edilmiş Fələstin tərəfdarı tələbə fəalın azad edilməsinə çağıran plakat olan etirazçı Benjamin Duqlas AFP-ə bildirib ki, "Hakimiyyət birbaşa qanunun aliliyinə hücum edir". Duqlas onu da qeyd edib ki, hakimiyyət mənsubları ksenofobiyanı qızışdırmaq və hüquqi təminatları pozmaq üçün ayrı-ayrı şəxslərdən istifadə edir.
“Biz böyük təhlükə altındayıq”
AFP, ailəsi Holokostdan sağ çıxmış 73 yaşlı etirazçı Keti Validən sitat gətirib: "Biz böyük təhlükə altındayıq".Keti Vali həmçinin qeyd edib ki,bu gün baş verənlər ona Adolf Hitlerin hakimiyyətdə olduğu dövr ilə bağlı valideynlərinin dediklərini xatırladır". San Fransiskoda isə bir neçə yüz insan çimərliyə toplaşaraq İMPEACH + REMOVE sözlərini formalaşdırıb. AFP qeyd edib ki,digər etirazçılar isə əllərində sıxıntının ənənəvi simvolu olan tərsinə çevrilmiş Amerika bayrağı tutublar. Şənbə günü etirazların əsas təşkilatçısı 50501 qrupu olub – hansı ki,bu rəqəm 50 ştatda 50 etiraz və bir hərəkat anlamına gəlir.
Surxay Əliyev