Zelenskidən Putinin atəşkəs qərarına reaksiya - rus dronlarının hücumu davam edir...

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya tərəfi atəşkəs rejiminə yalnız Kiyev qarşılıqlı şəkildə əməl edəcəyi təqdirdə əməl edəcək. Vladimir Putin Ukraynadakı döyüşlərdə Pasxa atəşkəsi elan edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, atəşkəs aprelin 19-u Moskva vaxtı ilə saat 18:00-dan aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-dək qüvvədə olacaq. Eyni zamanda departament qeyd edib ki, atəşkəs rejiminə Kiyev qarşılıqlı şəkildə riayət etmək şərti ilə Rusiya tərəfi tərəfindən atəşkəsə riayət olunacaq. Rusiya prezidenti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə atəşkəs elan edib və Rusiya hərbçilərinə “rejimin mümkün pozuntularını və düşmənin təxribatlarını dəf etməyə hazır olmaq” zəruriliyi barədə xəbərdarlıq edib.
Putinin atəşkəs elan etməsi haqda xəbərə Ukrayna tərəfinin cavabı özünü gözlətməyib.
Ukrayna səmasında “şəhidlər” Rusiya diktatoru Vladimir Putinin Pasxa bayramına və insanların həyatına həqiqi münasibətindən xəbər verir. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib. Sitat-"Putinin insanların həyatı ilə oynamaq cəhdinə gəlincə, indicə Ukraynada hava hücumu xəbərdarlığı yayıldı. Saat 17:15-də səmamızda Rusiyanın hücum pilotsuz təyyarələri aşkarlandı. Artıq Ukrayna hava hücumundan müdafiə qüvvələri və aviasiyası qorunmaq üçün fəaliyyətə başlayıb. Səmamızda "Şəhid" PUA-ları Putinin Pasxa bayramına və insanların həyatına əsl münasibətidir.
Surxay Əliyev