Romada ABŞ-Iran danışıqlarının ikinci mərhələsi başa çatdı

Bu barədə İran dövlət televiziyası məlumat yayıb. Əvvəlcə Amerika daha sonra isə İran nümayəndə heyəti danışıqlar zonasınından ayrılıb.Görüşdən sonra hələlik rəsmi açıqlama verilməyib. Bununla belə, İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, tərəflər gələn həftə yenidən görüşməyi planlaşdırıb. İran Romada keçirilən ABŞ- İran nüvə danışıqlarını “konstruktiv” adlandırıb. İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə Romada başa çatan nüvə danışıqlarının ikinci raundu “konstruktiv atmosferdə” keçdi. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi X sosial şəbəkəsində dərc olunan mesajında bildirib. Onun sözlərinə görə, tərəflər yaxın günlərdə texniki məsləhətləşmələrə başlayacaq. Həmçinin aprelin 26-da İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə danışıqların üçüncü raundunun keçirilməsi barədə razılığa gəliblər. "Romada keçirilən ikinci raundda İran və ABŞ bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə ediblər. Danışıqlar konstruktiv keçib. Yaxın günlərdə dialoq texniki səviyyədə davam edəcək, gələn şənbə günü isə nümayəndə heyətlərinin başçıları səviyyəsində yeni görüş olacaq", - deyə Bəqayi vurğulayıb.
Surxay Əliyev