Keçmiş işçiləri Microsoft şirkətini Qəzzadakı soyqırımda iştiraka görə “yıxıb sürüdü”

Amerikanın “Microsoft” şirkətinin iki keçmiş işçisi Hossam Nəsr və Abdo Mohamed korporasiyanı Qəzza zolağında fələstinlilərin soyqırımında İsrailə yardım etməkdə və Fələstin ərazilərinin işğalını dəstəkləməkdə ittiham ediblər. Mühəndislər Fələstinə dəstək verdiklərinə görə, işdən çıxarıldıqlarını bildirməklə yanaşı şirkətin İsrailə genişmiqyaslı müşahidə, hava hücumları planlaşdırmaq və məhvetməni gücləndirmək imkanı verən texnologiya ilə təmin etdiyini bildiriblər. Hossam Nəsr “Anadolu” agentliyinə bildirib ki, 2024-cü ilin oktyabrında Qəzzada öldürülənlər üçün Microsoft-un mərkəzi binası qarşısında anım tədbiri təşkil etdikdən sonra işdən çıxarılıb. O, şirkətdə üç il proqram mühəndisi kimi çalışıb. Onun sözlərinə görə, “Microsoft Azure” platforması İsraili bulud və süni intellekt xidmətləri, həmçinin məlumatların saxlanması və maşın tərcüməsi vasitələri ilə təmin edir. Nəsrin iddiasına görə, bu texnologiyalar İsrail ordusu tərəfindən fələstinlilər haqqında məlumatları saxlamaq, məlumatları ərəb dilindən ivrit dilinə tərcümə etmək və sonra hədəf sistemlərində istifadə etmək üçün istifadə olunur. “Biz Microsoft-dan bulud həlləri və süni intellekt texnologiyaları da daxil olmaqla İsrail ordusu ilə əməkdaşlığı dayandırmasını tələb edirik”, - deyə Apartheid üçün Azure kampaniyasının yaradıcılarından biri olan Nəsr bildirib. Fəalların sözlərinə görə, İsrail ordusunun Microsoft texnologiyasından istifadəsi 2023-cü ilin oktyabrından 2024-cü ilin martına qədər 200 dəfə artıb.Belə ki, Texnologiya Kütləvi Qətlləri Video Oyuna çevirir. Nəsr əlavə edib ki, “Microsoft” təkcə İsraili texnologiya ilə təmin etməyib, həm də oktyabrın 7-də müharibə başlayandan sonra altı ay ərzində texniki dəstək üçün İsrailə 10 milyon dollar vəsait ayırıb. Onun sözlərinə görə, bəzi Microsoft əməkdaşları faktiki olaraq “İsrail hərbi kəşfiyyatının bir hissəsinə” çevriliblər. “Bu səviyyəli iştirak isə İsrailə fələstinliləri tamamilə insanlıqdan çıxarmağa və kütləvi qətliamları video oyununa çevirməyə imkan verir” deyə Nəsr vurğulayıb. O, həmçinin bildirib ki, Microsoft işçiləri işğal olunmuş ərazilərdəki köçkünlərə dəstək verən təşkilatlara ianə verməyə təşviq edir və bu ianələri korporativ proqram vasitəsilə uyğunlaşdırır. Bununla belə, bu proqrama heç bir Fələstin humanitar təşkilatı daxil edilməyib. Microsoft-un keçmiş data elmləri üzrə tədqiqatçısı və kampaniya sözçüsü Abdo Mohamed də oktyabr ayında keçirilən anım tədbirinə qatıldıqdan sonra işdən çıxarılıb. O, şirkətin işçiləri arasında İsraillə əməkdaşlığa son qoyulması tələbi ilə 7 mindən çox, kənar dəstəklə birlikdə 270 mindən çox imza topladığını bildirib.Və əlavə edib ki, "Şirkət aparteid və soyqırımda iştirak etdiyi müddətcə bütün Microsoft məhsullarını boykot etməyə çağırırıq". ABŞ-da fələstinli fəallara qarşı artan repressiyaları şərh edən Mohamed, bunun "fələstinlilərin uzun illərdir ki,üzləşdikləri reallıqları əks etdirdiyini" söylədi və bunları əlavə etdi: "Təzyiqlərə və avtoritarizmə baxmayaraq, biz burada vəhşiliyin qəlbində olsa belə Fələstin uğrunda mübarizəyə davam edəcəyik". Hossam Nəsr həmçinin qeyd edib ki, işdən çıxarılma və ya mümkün deportasiya Qəzzada baş verən dəhşətlərə baxanda ödənilə biləcək “ən kiçik qiymət”dir. "Məndən tez-tez soruşurlar ki, mən işdən qovulmaqdan və ya deportasiya olunmaqdan qorxuram ya yox. Amma mən daha çox zəmanəmizin Holokostunun iştirakçısı olmaqdan qorxuram" deyə Nəsr bildirib. Microsoft 50-ci ildönümünü qeyd edərkən Aprelin 4-də “Microsoft”un 50 illik yubileyi münasibətilə keçirilən şənliklər zamanı kampaniya nümayəndələri gurultulu etiraz aksiyaları keçiriblər. Şirkətin əməkdaşı İbtihal Abusaad, AI bölməsinin rəhbərinin çıxışını qışqıraraq kəsib: "Siz süni intellektdən yaxşılıq üçün istifadə etdiyinizi deyirsiniz, lakin silahlı İsraili 50.000 insanın ölümünə səbəb olan texnologiya ilə təmin edirsiniz". Digər iştirakçı Vania Aqraval isə Bill Qeyts və keçmiş baş direktor Stiv Balmerə müraciət edib: "Siz fələstinlilərin qanı üzərində bayram edirsiniz. Siz utanmalısınız. "İsraillə əlaqələri kəsin". Hər iki qadın eyni gündə işdən çıxarılıb. Nəsrin sözlərinə görə, "Microsoft artıq öz rolunu gizlədə bilmir. Biz onların qalasını dağıtmışıq və bir vaxtlar insan haqlarını müdafiə etdiyini iddia edən bir şirkətin reputasiyası indi onun soyqırımda iştirakına görə yerlə bir olur."
Surxay Əliyev