Mayın 9-da kimlər Moskvaya gələcək

MDB-nin baş katibi Sergey Lebedev mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən bayram tədbirləri üçün MDB ölkələrinin bütün rəhbərlərinın Moskvaya gələcəyinə əmin olduğunu bildirib:-“Mən də sizin kimi şadam ki, MDB-nin bütün dövlət başçıları mayın 9-da Moskvada keçiriləcək bayram şənliklərində olacaqlar”, - deyə Lebedev bildirib.Bu barədə RİA Novosti xəbər verir. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Qələbə Paradında 20-dən çox dövlət və hökumət başçısının iştirakını gözləyir.
Qeyd edək ki,bir neçə gün öncə Ukrayna rəhbərliyi 9 may qələbə gününün Kiyevdə qeyd edilməsi üçün Aİ üzv Avropa dövlətlərinə çağırış etmişdi
Surxay Əliyev