ABŞ Ukraynanın parçalanmasına Krımdan başladı

ABŞ Moskva və Kiyev arasında imzalanmış geniş sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır. “Bloomberg” xəbər verir ki, bu qərar prezident Donald Trampın atəşkəs razılaşmasını möhkəmləndirməyə çalışdığına dair son siqnaldır. Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Ağ Ev rəhbəri əbədi olaraq Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olmasını gözləməyəcək. Tramp həmçinin Ukraynadakı vəziyyətin nizamlanmaya doğru getdiyi fikrini bildirib.
Surxay Əliyev