İsrael Katz: "İranın nüvə silahı əldə etməməsi üçün “hər şeyi edəcəyəm”

“The Times of Israel” xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə birgə zərbələr endirmək barədə İsrailin təklifini rədd etməsi barədə “New York Times” qəzetinin xəbərindən bir gün sonra İsrailin müdafiə naziri İsrael Katz bir daha İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiq olduğunu bildirib. İsrael Katz deyib:-"Mən müdafiə naziri təyin olunanda iki əsas məqsədi həyata keçirəcəyimə söz vermişdim: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və müharibədə qalib gəlmək. Hazırda İsrail ordusu bütün cəbhələrdə həlledici qələbəyə nail olmaq üçün çalışır"."Baş nazir Benyamin Netanyahu və mən, bütün tərəflərlə birlikdə, İranın nüvə silahı əldə etməsinə mane olacaq aydın xəttə sadiqik. Biz İsrail dövlətinə qarşı məhvetmə təhdidlərinə imkan verməyəcəyik", - deyə Katz əlavə edib. “Bu, bizim məsuliyyətimiz və tarixi vəzifəmizdir və biz onları həyata keçirmək üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə müdafiə naziri yekunlaşdırıb.
Surxay Əliyev