Zelenski Çini Rusiyaya silah verməkdə ittiham etdi

Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki,Çinin Rusiyanı artilleriya və barıtla təchiz etməsiylə bağlı kəşfiyyat orqanlarından məlumat alıb. Və əlavə edib ki, Kiyev hesab edir ki, Çin nümayəndələrinin Rusiya Federasiyası ərazisində silah istehsalı ilə məşğul olmaları da istisna olunmur. "Biz Çinin Rusiya Federasiyasına silah tədarük etdiyi barədə məlumat aldıq. Təhlükəsizlik Xidmətindən, kəşfiyyat orqanlarından, barıt, artilleriya ilə bağlı ümumi məlumatımız var. Gələn həftə bu barədə ətraflı danışa biləcəyik... İnanırıq ki, Çin nümayəndələri Rusiya ərazisində bəzi silahların istehsalı ilə də məşğuldur", - deyə Zelenski cümə axşamı jurnalistlərə bildirib.
Çin bəyan edib ki, Rusiya və Ukrayna arasındakı münaqişədə neytral qalır, lakin 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğala başlayandan bəri Rusiyaya diplomatik dəstək və iqtisadi yardım göstərib.
Surxay Əliyev