Tramp və Əhməd əl-Şaraa dünyanın ən nüfuzlu adamları siyahısına daxil edildi

Amerikanın “Time” jurnalı 2025-ci ildə dünyanın 100 ən nüfuzlu adamının siyahısını dərc edib.“Liderlər” kateqoriyasına ABŞ prezidenti Donald Tramp, vitse-prezident Vens, milyarder İlon Mask və ticarət naziri Hovard Lutnik daxildir. Bu kateqoriyaya həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniyanın gələcək kansleri Fridrix Merz, Argentina prezidenti Xavyer Miley, Banqladeşin baş naziri Məhəmməd Yunus və Bəşər Əsəd rejimini devirərək vəzifəyə gələn Suriya prezidenti Əhməd əl-Şaraa da daxildir. Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski cari ilin liderləri arasında deyil. “Time”nin müxbiri Robert Ford Əhməd əl-Şaraa haqqında yazdığı məqalədə xatırladır ki, ötən ilin dekabrında “Həyat Təhrir əl-Şam” terror qruplaşmasına illərlə rəhbərlik edən Əhməd əl-Şara və onun tərəfdaşları Suriyada Bəşər Əsədin qəddar hökumətini devirdilər. " Bu yaxınlarda isə o, digər suriyalı üsyançılarla ittifaqlar bağladı və Türkiyənin dəstəyini təmin etdi.
Surxay Əliyev