Fransanın həyasızlığı heç bir sərhəd tanımır

“Bu gün Ermənistanda olduğum üçün çox şadam. Mən İrəvanda olarkən ” Dağlıq Qarabağ”ın mühacirətdə olan “prezidenti” ilə görüşə bildim”. Bunu fransalı deputat Nikolas Metzdorf X-dəki mikrobloqunda yazıb.Beləliklə bütün diplomatik etigetləri və Beynəlxalq hüquq normalarını kobudcasına pozan fransalı deputat fəaliyyəti dayandırılmış və vaxtilə Azərbaycanın işğal edilmiş bölgəsində qondarılmış, artıq mövcud olmayan qurumun prezidentiylə görüşündən fəxrlə danışır.Bununla da kifayətlənməyən fransalı deputat alçaqcasına ölkəmizə böhtan atmaqdan da çəkinmir.Guya Azərbaycanın bu bölgədə ermənilərə qarşı “etnik təmizləmə” apardığını iddia edir. “Fransa bütün dünyada ərazilərimizin sabitliyini pozan bu ölkənin simasında belə bir şeyin baş verməsinə imkan verməməlidir", - deyə fansalı deputat Metzdorf sərsəmləməsini yekunlaşdırıb.
Surxay Əliyev