Benni Qantz: "İsrail İranı vura bilər və vurmalıdr"

İsrailin müxalif Milli Birlik Partiyasının lideri Benni Qantz ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə zərbə endirmə planını rədd etməsi və diplomatiyaya üstünlük verməsindən sonra İsrailin İranın nüvə obyektlərinə zərbə endirməli olub-olmamasıyla bağlı xəbərlərə cavab verib.Bu barədə Times of Israel xəbər verir. O, X sosial şəbəkəsində ingilis dilində yazıb: "İran rejimi vaxtı uzatmaqda ustadır. İsrail dövləti İranın nüvə potensialını inkişaf etdirmək perspektivini aradan qaldırmalıdır və aradan qaldıra bilər". Nəşrin ivrit versiyasında isə Qantz birbaşa bəyan edib ki, İsrail “İrana zərbə endirə bilər və endirməlidir”. Və əlavə edib ki, “Böyük müttəfiqimiz olan ABŞ ilə sıx əməkdaşlıq şəraitində artıq Yaxın Şərqdəki vəziyyəti dəyişməyin vaxtı çatıb”.
Xatırladaq ki, hazırda ABŞ-la İran arasında dolayı danışıqlar aparılır. Bundan əvvəl “The New York Times” Trampın İsrailin İranın nüvə obyektlərinə zərbəsini əngəllədiyini və danışıqların lehinə olduğunu yazıb.
Surxay Əliyev