Türkmənistan qazı benzinə çevirəcək - Yaponiyanın dəstəyilə....

Məlum olduğu kimi 16 apreldə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovin Yaponiyaya rəsmi səfəri olub.Səfər zamanı iki dövlət arasında bir sıra sahələr,o cümlədən iqtisadi sahələr üzrə saziş imzalanıb.Həmin sazişdə Türkmənistanın “Türkmenhimiiya Dövlət Konserni” ilə Kawasaki Heavy Industries, Ltd. (Yaponiya), Rönesans Endüstri Tesisleri Inşaat Sanaýi ve Ticaret Anonim Şirketi (Türkiyə) və Itochu Corporation (Yaponiya) şirkətlər qrupu arasında ikinci qaz zavodunun layihələndirilməsi, tədarükü və Türkmənistanın Axal vilayətində qazı benzinə çevrirən ikinci emalı zavodunun “açar təslim etməklə” tikintisi üzrə əməkdaşlıq haqqında Çərçivə Sazişi imzalanıb.
Surxay Əliyev