Rusiya Qələbə Paradında Avropaya güc nümayiş etdirmək istəyir

“Bild” nəşrr yazır ki, Putin öz paradında təcrübəli və döyüşə hazır ordunu nümayiş etdirmək istəyir, bu ordu paraddan birbaşa Ukrayna və ya Baltikyanı cəbhəyə gedə bilər. Belə bir parad əsl güc nümayişi və Avropaya Rusiyanın müdafiə sənayesinin müharibəyə hazır olmasıyla bağlı aydın siqnalı kimi qəbul edilə bilər.
Qeyd olunur ki, mayın 9-da keçiriləcək paradda Putin həqiqətən də bu dəfə müasir Rusiya ordusunu nümayiş etdirə bilər. Nəşr yazır ki, Rusiya ordusu mayın 9-dan bir ay əvvəl Yekaterinburqda hərbi parad üçün ənənəvi geyim məşqi keçirib.
Surxay Əliyev