Pezeşkian Cavad Zərifin istefasına "hə" dedi

Uzun müddətdir ki, hazırkı İran hakimiyyətindən istefa vermək üçün çalışan vitse-prezident Məhəmməd Cavad Zərif nəhayət istəyinə nail olub. "Azad İran" "Telegram" kanalının xəbərində deyilir ki, İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını qəbul edib. Bildirilib ki, Zərif istefa ərizəsini hələ martın 3-də təqdim etmişdi, lakin İran prezidenti onun ərizəsini yalnız indi qəbul edib. M.C Zərifin yerinə isə 59 yaşlı Mohsen İsmaili təyin olunub.
Mətləb