Bild: Tramp Ukraynaya pulla belə silah vermək istəmir

“Bild”nəşri yazır ki, Tramp Ukraynaya silah satışıyla bağlı 50 milyardlıq müqaviləni rədd edir - o,hətta Kiyevə pulla belə silah vermək istəmir. Ukrayna üçün bu gün Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri və raketləri lazımdır. Prezident Vladimir Zelenski yüzlərlə belə raket və digər silahların alınması üçün Aİ-nin maliyyə yardımından və dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi təklif edib. Patriot sistemi üçün bir raket 5,5 milyon avroya başa gəlir. Jurnalistin Ukraynaya yeni hava hücumundan müdafiə raketləri satıb-satmayacağı sualına Tramp belə cavab verib: "Bilirsiniz, o (Zelenski) həmişə raket almaq istəyir. Amma qulaq asın, əgər müharibəyə başlasanız, onu qazana biləcəyinizi bilməlisiniz. 20 dəfə böyük düşmənə qarşı müharibəyə başlaya bilməzsiniz və sonra da kiminsə sizə raketlər verəcəyinə ümid edə bilməzsiniz"-deyə ABŞ prezidenti vurğulayıb. Vaşinqtonun bu imtinası Ukraynada hiddətə səbəb olub
Surxay Əliyev