AI etiraf etdi:-“Qərb artıq əvvəlki Qərb deyil”

Avropa Komissiyasının rəhbəri bildirib ki, Qərb əvvəlki formada artıq mövcud deyil və o,qlobal böhranlar və ABŞ-ın mövcud siyasəti kontekstində yeni rol almalıdır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın siyasətinin köhnə Qərb modelini məhv edərək “tarixi” dəyişikliklərə səbəb olduğunu deyib.
Almaniyanın “Die Zeit” qəzetinə verdiyi müsahibədə o, “Bizim bildiyimiz Qərb artıq mövcud deyil” deyib və əlavə edib ki,o, özünü “inanmış atlantikçi” və “ABŞ-ın dostu” hesab edir, lakin indiki böhran Avropadan yeni strategiya tələb edir. Onun sözlərinə görə, dünya ABŞ və Çin arasındakı qarşıdurma, eləcə də Rusiyanın hərəkətləri fonunda “qlobal qarışıqlıq” dövrünə qədəm qoyur. "Dünya nizamı olduğunu düşündüyümüz şey artıq nizamsızlığa çevrilir" deyə Aİ rəsmisi bildirib. Bu vəziyyətdə fon der Leyenin fikrincə, Avropa Birliyi ABŞ-a arxalanmaqdansa, qlobal siyasətdə müstəqil aktyora çevrilməli və öz maraqlarını müdafiə etməlidir. O, həmçinin qeyd edib ki, Tramp gözlənilməz iqtisadi və xarici siyasi xətti ilə Avropa İttifaqının digər ölkələr üçün cəlbediciliyini yalnız artırıb. Von der Leyen iddia edib ki,Kanada, Hindistan, Meksika, İndoneziya, Malayziya və Cənubi Amerika ölkələrinə istinad edərək, indi dünyanın hər yerindən bizimlə yeni nizam qurmaq istəyən dövlət və hökumət başçıları mənə müraciət edirlər". Von der Leyen xatırladıb ki, ABŞ dünya ticarətinin cəmi 13%-ni, qalan 87%-ni isə digər ölkələrlə əlaqələr təşkil edir. Onun sözlərinə görə, məhz bu şəraitdə Aİ-nin Vaşinqton üzərində qalib gəldiyi proqnozlaşdırıla bilər. O, Avropa İttifaqının “böyük dünyaya daxil olması” və yeni dünya düzəninin formalaşmasında fəal rol oynaması üçün onun özündə islahatların aparılmasının zəruriliyini də vurğulayıb.
Surxay Əliyev