İmamoğlu: Məhkəmə prosesi ilə bağlı Bahçelinin çağırışı önəmlidir

"Mənim və həmkarlarımın məruz qaldığı məhkəmə prosesi ilə bağlı Dövlət Baxçalının müşahidələrini və çağırışlarını çox əhəmiyyətli sayıram. Və hesab edirəm ki,Cümhuriyyətimizin yeni əsrinə millətimizi parçalayan, birliyimizi pozan bu mənzərə ilə deyil, terrordan azad bir Türkiyə ümidi ilə daxil olmaq və ölkəmizin təhlükəsizliyini təhdid edən qruplara qarşı mübarizə aparmağımız bir seçim deyil, açıq bir zərurətdir.”- Bu fikirlər hazırda həbsdə olan Əkrəm İmamoğlunun müraciətində əks olunub.
Qeyd edək ki, Dövlət Baxçalı qeyd etmişdi ki,"Əkrəm İmamoğlu ilə bağlı məhkəmə proses təcili olaraq müzakirə edilməli və yekunlaşdırılmalıdır. Günahsızdırsa Əkrəm İmamoğlunun bəraət alması, əks təqdirdə isə ictimai vicdana uyğun cəzalandırılması mütləq və tez bir zamanda təmin edilməlidir”
Surxay Əliyev