Qüds təşviş içində: Tramp yəhudiləri Ərdoğanla baş-başa buraxacaq

Məlum olduğu kimi, ABŞ administrasiyası Qüdsə Amerika qoşunlarının şimal-şərq bölgələrindən çıxarılması üçün hazırlıqlara başladığı barədə rəsmi məlumat verib. Birinci mərhələdə kürdlərin nəzarətində olan bölgədə (Rojava) yerləşdirilən ABŞ hərbçilərinin sayı yarıya qədər ixtisar ediləcək. Son məlumatlara görə, orada ABŞ silahlı qüvvələrinin 2400 əsgər və zabiti var ki, onların da əksəriyyəti kürd “Suriya Demokratik Qüvvələri”nin təlimi və təchizatı ilə məşğuldur. Qoşunlar İslam Dövləti yaraqlılarına qarşı döyüşmək üçün Suriyanın şimal-şərqinə göndərilib. İsrail Suriyadakı qoşunların çıxarılmasının yerli türkyönlü birləşmələrə kürdlərlə döyüşməkdə fəal kömək edən Ankaranın təsirini kəskin şəkildə artacağından ehtiyat edir. Son həftələr Türkiyə Suriyadakı bir sıra strateji hərbi bazalara nəzarəti ələ keçirmək üçün səylərini artırıb. İsrail bu obyektlərə hava hücumları təçkil etməklə, bu prosesi pozmağa çalışır. "Türkiyə Suriyanın yeni qeyri-sabitlik girdabına çəkilməsinə imkan verməyəcək" deyən Ərdoğan isə aprelin 13-də İsraili "8 dekabr inqilabını pozmağa çalışmaqda" ittiham edib.
Surxay Əliyev