Keçmiş “Mossad”rəsmisi: "Biz həm Qəzzada, həm də İranda uduzduq"

İsrail kəşfiyyatının keçmiş yüksək vəzifəli rəsmisi Rami İqra mətbuata açıqlamasında deyib ki, İsrail sağ qalan girovları xilas etmək üçün Həmas-ın şərtləri ilə razılaşmaq məcburiyyətində qalacaq. “Netanyahu hakimiyyətdə qalmaq istəyir, lakin bu, son dərəcə çətin bir iş olacaq, çünki o, girov müqaviləsinin ikinci hissəsini (müharibənin dayandırılması müqabilində girovların qaytarılması və İsrail Ordusunun Qəzzadan çıxarılması) qəbul etməli olacaq”, - bu fikirləri Rami İqra 103FM radiostansiyasına müsahibəsində dilə gətirib. "Niyə Nitanyahu ikinci hissəni qəbul etməli olacaq? Çünki biz Qəzzada uduzduq və bizim başqa çıxış yolumuz yoxdur. HƏMAS-a alternativ isə ortaya çıxmayıb. Rami İqra vurğulayıb ki,baş nazirin Macarıstana səfərindən sonra görün nələr oldu. Netanyahu böyük ümidlərlə Trampla görüşmək üçün Vaşinqtona uçdu. Amerika administrasiyası isə ona bu müharibəni tez bir zamanda bitirməli olduğunu söylədi. Mossad-ın əsirlərin və girovların qaytarılması şöbəsinə rəhbərlik etmiş keçmiş kəşfiyyatçının sözlərinə görə, İran cəbhəsində də analoji acınacaqlı nəticə əldə olunub. “Netanyahu “İranın nüvə proqramının tamamilə ləğvi” kimi mənasız ifadələri havaya sovurur, lakin amerikalılar bu bəyanatlara məhəl belə qoymurlar və öz planlarına uyğun hərəkət edirlər”,-deyə Rami İqra yekunlaşdırıb.
Surxay Əliyev