Netanyahu İsrailin gələcəyini Qəzzanın tam işğalında görür

Qəzzanın şimalına səfər edən İsrailin baş naziri Benyamin Netanyahu İsrail əsgərlərini tərifləyib və HƏMAS-a qarşı hücumların davam edəcəyini bildirib:-"Mən bu gün Qəzzada döyüşçülərimizi ziyarət etdim. Onlar var gücləriylə döyüşürlər və HƏMAS –a açılar yaşadırlar. Biz müharibədə bütün məqsədlərimizə çatana və qalib gələnə qədər dayanmayacağıq", - deyə Netanyahu X hesabında yazıb. İsrailin baş naziri həmçinin deyib: "Mən burada müdafiə naziri, komandirlərimiz və nizami əsgərlərimiz və ehtiyatda olan əsgərlərimizlə birlikdəyəm. Onlar Qəzza zolağında düşmənə ağır zərbələr endirirlər. Biz girovlarımızın azad edilməsində və məqsədimizə çatmaqda qərarlıyıq və biz gələcəyimiz uğrunda mübarizə aparırıq!"
Surxay Əliyev