NATO Ukraynanı üzdü: "Heç kim söz verməyib ki..."

Ukrayna məsələsində Qərbdəkilərin ikibaşlı oyun oynamaları zaman-zaman öz təsdiqini tapıb. Ukraynanın Qərbə inteqrasiyası barədə gurultulu açıqlamalar verən Qərb liderləri əməli işə gələndə "nala-mıxa" vururlar. "Ukraynanın NATO-ya gedən yolu dönməzdir, lakin heç kim Ukraynaya söz verməyib ki, Alyansa üzvlük sülh sazişinin tərkib hissəsi olacaq." Buyurun, bunu da NATO Baş katibi Mark Rutte deyib. O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə qalır: "Bu, Vaşinqton sammitinin nəticəsi idi. Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Və heç nə dəyişməyib". Bu cənabın açıqlamasından sadəcə belə bir məntiq ortaya çıxır: səni öz qatarımıza mindirəsi deyilik, amma arxamızca qaçmaqda davam et. Vəssalam!
Mətləb Salahov