Rümeysa Öztürk hakim qarşısına çıxdı.

Martın 25-də Fələstinə dəstək üçün yazdığı məqaləyə görə yolda gedərkən maskalı təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılan doktorant Rümeysa Öztürk Vermont ştatında məhkəmə qarşısına çıxıb. Üç saat davam edən iclasda prokuror Öztürkün azadlığa buraxılması ilə bağlı vəsatətinin rədd edilməsini istəyib. Lakin hakim buna əsəbiləşib: "Bəs düz deyirsə? Bəs onun həbsində konstitusiya pozuntusu varsa? Məhkəmə onun azadlığa buraxılması barədə qərar çıxarsa və hökumət bunu həyata keçirməsə, bu, konstitusiya böhranı deməkdir".
Surxay Əliyev