Netanyahu oğlunun cəhənnəmə göndərdiyi Makronla danışdı

Baş nazir Benyamin Netanyahu bu gün Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Netanyahu söhbət zamanı “Fələstin dövlətinin yaradılması ideyasını qəti şəkildə rədd etdiyini” bildirib. Baş nazirliyin ofisindən verilən açıqlamada qeyd edilir ki,“Baş Nazir Nitanyahu Makronla söhbət əsnasında belə bir addım,terror üçün böyük mükafat demək olardı”, - deyə bildirib. "Hökumət başçısı Fransa prezidentinə xatırladıb ki, bu günə qədər heç bir Fələstin nümayəndəsi, o cümlədən muxtariyyət administrasiyası oktyabrın 7-də törədilən qətliamı pisləməyib. Əksinə Fələstin Muxtariyyəti yəhudilərin qatillərinə pul mükafatları paylayaraq, uşaqları İsrailə nifrət ruhunda tərbiyə etməkdə davam edir". Baş nazir həmçinin bildirib ki, İsrail şəhərlərindən bir neçə dəqiqəlik məsafədə yerləşəcək Fələstin dövləti “İran terroru üçün bazaya” çevriləcək. Makronun danışıqlardan sonra verdiyi açıqlamada girovları azad etməyin yeganə yolunun Qəzzada atəşkəsdən keçdiyi bildirilib. Prezident həmçinin İsrailin təhlükəsizliyinə qeyd-şərtsiz sadiqliyini ifadə edib və HƏMAS-ın tərksilah edilməsi təşəbbüsünü dəstəkləyib.
Qeyd edək ki, iki lider arasında baş tutan söhbət baş nazirin oğlu Yair Netanyahunun Fransa liderini tənqid atəşinə tutmasından və Beşinci Respublikanın “xarici əraziləri” üçün müstəqillik tələb etməsindən iki gün sonra baş tutub. Kiçik Netanyahunu qəzəbləndirən isə Makronun "fələstinlilərin öz dövlətlərini qurmaq istəklərinə tam dəstək" və "İsrail ilə Qəzza zolağı arasındakı böhrandan yeganə çıxış yolunun yalnız siyasi həll ola biləcəyi" barədə açıq bəyanatı olub.
Surxay Əliyev