Rusiya-Ukrayna müharibəsi Trampın komandasında fikir ayrılığı yaratdı

Tramp administrasiyasındakı bir qrup yüksək vəzifəli məmur, o cümlədən dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq Trampı Kremlə qarşı daha sərt mövqe tutmağa və Vladimir Putinlə danışıqlarda daha diqqətli olmağa çağırıb. Bu barədə The Wall Street Journal nəşri qeyd edir ki, Trampın komandası Moskvanın ərazi tələbləri ilə bağlı Putinə güzəştə getməkdən imtina etməkdə israrlıdır. Buna baxmayaraq, WSJ-nin yazdığı kimi, Tramp Moskvada Putinlə görüşdən sonra Rusiya liderinin guya “sülhpərəst” olduğunu iddia edən xüsusi elçi Stiv Uitkoffu dəstəkləməyə davam edir. Eyni zamanda, nəşr iddia edir ki, Kreml yalnız danışıqlar naminə danışıqlarda iştirakda maraqlıdır, prosesi süründürür və vaxt udmağa, cəbhədəki mövqeyini yaxşılaşdırmağa və daha əlverişli şərtlər əldə etməyə çalışır. Qəzet onu da vurğulayır ki, Tramp Ukraynadakı müharibəni təkcə humanitar səbəblərdən yox, həm də Rusiya ilə yaxınlaşma yolunda əsas maneəni aradan qaldırmağın bir yolu kimi görür. Eyni zamanda, Putinin mövqeyindən narazı olduğunu bildirən ictimai bəyanatlara baxmayaraq, Tramp Rusiya neftinə qarşı yeni sanksiyalar tətbiq etmək hədəsini də reallaşdırmayıb. Rusiya qoşunlarının aprelin 13-də Suma zərbələr endirməsi və 30-dan çox dinc sakinin ölümündən sonra administrasiya daxilində fikir ayrılığı daha da güclənib. Və Tramp, Air Force One-dan hücumu şərh edərək, bunu "dəhşətli" adlandırdı və əlavə etdi: "Mənə bunun səhv olduğunu söylədilər, amma hər şey dəhşətlidir. Bütün bu müharibə dəhşətlidir"-deyə bildirib. Daha əvvəl, Reuters-in məlumatına görə, Vitkoff Moskvaya səfərinin nəticələrini müzakirə edərkən Trampa Kremlin ilhaq etməyə çalışdığı Ukraynanın dörd bölgəsinin Rusiyaya verilməsini məsələnin ən qısa həlli olacağını deyib.
Surxay Əliyev