Lavrovun sərsəm iddiası – “Ukrayna ərazi bütövlüyünə layiq deyil”

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qazaxıstan prezidentinin 2022-ci ilin yayında Sankt-Peterburqda səsləndirdiyi mövqe ilə razılaşmadı.Və qeyd etdi ki, Ukrayna ərazi bütövlüyünə layiq deyil.Bununla da kifayətlənməyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant”a müsahibəsində Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin 2022-ci il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ərazi bütövlüyünün millətlərin öz müqəddəratını təyinetmə hüququndan üstünlüyü ilə bağlı mövqeyini tənqid etdi. “Əgər millətin özünü təyin etmək hüququ reallaşarsa, o zaman hazırda BMT-yə üzv olan 193 dövlətin əvəzinə Yer kürəsində 500-dən çox,hətta 600-dən də çox dövlət yaranacaq: “Əlbəttə, bu, xaos olacaq”, - deyən Tokayev Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi tədbirdə “DXR” və “LXR”ı kvazi dövlət adlandırdı.Lakin Lavrov müsahibəsində bu yanaşma ilə razılaşmadığını bildirib və xatırladıb ki, BMT Nizamnaməsi yalnız hökumətləri müəyyən ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsini tələb edir. "Prezident Tokayevin bu çıxışı yadımdadır. Mən onunla razılaşmıram. Biz sonradan öz mövqeyimizi qazaxlı dostlarımıza izah etdik", - deyə Lavrov qeyd edib.Və əlavə edib ki,ərazi bütövlüyü konsepsiyası bütün ölkələrə şamil olunmur, yalnız hökumətləri bütün əhalinin iradəsini əks etdirən ölkələrə şamil edilir. Lavrov bazar günü Ukraynanın Sum şəhərinə endirilən raket zərbəsini də özünə məxsus şəkildə şərh edib. Məlum olduğu kimi,qurbanlar əsasən trolleybus sərnişinləridir. Lavrov isə israr edir ki, zərbənin hədəfi mülki obyekt deyil.Və əlavə edib ki, “Ukrayna hərbi rəhbərlərinin Qərbdəki həmkarları ilə növbəti görüşü” olub. Və Ukrayna tərəfi bunun mülki şəxslərə qəsdən hücum olduğunu israr edir.
Surxay Əliyev