İran “Böyük qardaş”sız ABŞ ilə danışıqlara getmək istəmir

İran və Rusiya mətbuatı Iran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin bəyanatına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Rusiyaya səfər edəcək. Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb, lakin “bu fürsətdən həm də son hadisələr, daha doğrusu, Maskat danışıqları mövzusunda məsləhətləşmələr aparmaq üçün istifadə olunacaq”. Söhbət İran və ABŞ arasında aprelin 12-də Omanın paytaxtında baş tutan dolayı danışıqlardan gedir. Hansı ki,bu danışıqlarda Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak etmişdi. İranın xarici işlər naziri danışıqların şənbə gününə planlaşdırılan ikinci raunduna qədər Moskvada qalacaq. Danışıq aparan tərəflərin harada görüşəcəyi hələlik məlum deyil. ABŞ israr edir ki, bu, Roma olmalıdır, İran isə Cenevrəyə üstünlük verir. Məkandan asılı olmayaraq, Baqai ABŞ-ın “təhdidedici” yanaşmasını nəzərə alaraq dialoqun “dolayı” olaraq davam edəcəyini bildirib. Lakin iki İran rəsmisi Reuters-ə deyib ki, qarşıdakı danışıqlar ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı danışıqlara yeni yanaşması, onun Qrenlandiya, Qəzza və tariflərlə bağlı rəftarına bənzər təhdidlər və geri çəkilmə modelinə əsaslanacaq. Bir gün əvvəl isə Tramp demişdi ki, İran nüvə silahı üzrə danışıqları qəsdən gecikdirir. Əgər bunun qarşısını almaq üçün sərt tədbirlər görülməlidirsə, ABŞ bunu edəcək.
Surxay Əliyev