"Yaxın vaxtlarda israilə cavab veriləcək" - HƏMAS bəyanat yaydı

Fələstinin HƏMAS hərəkatı vasitəçilərdən Qəzza zolağında atəşkəs təklifi aldığını və hazırda sənədi öyrəndiyini təsdiqləyib. Bu bəyanat hərəkatın teleqram kanalında dərc olunub.
“HƏMAS rəhbərliyi vasitəçilər tərəfindən təqdim edilmiş təklifi öyrənir və bütün lazımi məsləhətləşmələr başa çatdıqdan sonra yaxın vaxtlarda ona cavab verəcək”, - deyə məlumatda bildirilir.
Mətləb Salahov