Putin 9 may paradına kimləri dəvət etdi, Zelenski kimləri dəvət etdi...

Ukrayna hökuməti mayın 9-da Rusiya prezidenti Vladimir Putinin Moskvada keçirilən hərbi paradına qarşı diplomatik güc nümayiş etdirmək üçün yüksək səviyyəli avropalı məmurları Kiyevə dəvət edib. “Politico”nun məlumatına görə, xarici işlər naziri Andrey Sıbiqa bazar ertəsi Lüksemburqda keçirilən görüş zamanı Avropa İttifaqındakı həmkarlarına dəvəti təqdim edərək, onları “İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük təcavüz qarşısında birliyi və qətiyyətimizi nümayiş etdirməyə” çağırıb. Diqqəti Moskvadan yayındırmaq üçün atılan addım Putinin Ukraynada hərbi əməliyyatlara başlamasından 3 ildən artıq vaxt keçdikdən və ABŞ prezidenti Donald Trampın iki ölkə arasında atəşkəs əldə etmək cəhdindən sonra atılıb. Sibiqa əlavə edib ki,Zelenski mayın 9-da Rusiya ilə mümkün atəşkəs razılaşmasından sonra Ukrayna üçün "təhlükəsizlik zəmanətlərini müəyyən etmək" istəyən koalisiya liderlərini də qəbul etmək istərdi, Sibiqa Almaniyanın gələcək kansleri Fridrix Merz də daxil olmaqla, dövlət başçılarının mayın əvvəlində Ukraynaya mümkün səfəri ilə bağlı danışıqlar aparıldığını deyib. Rusiya mətbuatı isə xəbər verir ki, Rusiya prezidenti İsrail, Çin, Braziliya, Slovakiya və Serbiya liderlərini İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə əlaqədar Moskvaya dəvət edib. O, ABŞ-ı və əksər AB-ə üzv dövlətlərini parada dəvət etməyib. Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Corc Buş və Fransanın keçmiş prezidenti Jak Şirak 2005-ci ildə Moskvanın Qırmızı Meydanında keçirilən hərbi parada qatılmışdılar, lakin son illər parada heç bir Qərb liderləri qatılmayıb
Surxay Əliyev.