Əlcəzair İsrail və Mərakeşlə müharibəyə hazırlaşır

Peyk görüntüləri göstərir ki, bu yaxınlarda düşmən radarına “görünməz” olan texnologiya ilə təçhiz edilmiş bir neçə Rusiya Su-35 qırıcısı Əlcəzairə çatdırılıb. Beynəlxalq media xəbər verir ki, Əlcəzairə təyinatlı daha dörd Su-35-in Komsomolsk-Amurdakı təyyarə zavodundan olduğu bildirilir. Mətbuat qeyd edir ki, söhbət Misirin son on ildə sifariş etdiyi təyyarələrdən gedir. Qahirə 2018-ci ildə ABŞ sanksiyalarından ehtiyat edərək bu niyyətindən əl çəkdi. İki il əvvəl Misir üçün döyüş təyyarələrinin sonda İrana göndəriləcəyi bildirilmişdi. Asəf Rozenzveyq “Mako” saytındakı yazısında belə bir nəticəyə gəlib ki, Moskvanın İran əvəzinə Əlcəzairə Su-35 təyyarələri göndərməsi İran-Amerika və İran-İsrail münasibətlərindəki hazırkı gərginliyi nəzərə alaraq, bunu Kremlin İranın ayətullah rejiminə açıq siqnalı kimi qəbul etmək olar. Tamamilə mümkündür ki, Tehranla sövdələşmədən imtina edilməsi Vaşinqtonla Moskva arasında hazırkı pərdəarxası razılaşmaların tərkib hissəsidir. Əlcəzair Mərakeşlə son dərəcə gərgin münasibətləri fonunda hərbi imkanlarını ciddi şəkildə modernləşdirməyə hazırlaşır. Son illər iki ölkə arasında hərbi təyyarələrin iştirakı ilə silahlı toqquşmalar baş verib. Əlcəzair həmçinin davamlı olaraq İsraili təhdid edir. Oktyabrın 7-dən sonra Əlcəzair parlamenti prezidentə yəhudi dövlətinə qarşı müharibə elan etməsinə icazə verən qanun qəbul edib.
Surxay Əliyev